Kəlbəcərdə şəhərdaxili yollar yenidən qurulur - FOTO - VİDEO

Kəlbəcərdə ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir:
“Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır.
Layihə çərçivəsində tikinti işlərinin 76%-i artıq yerinə yetirilib.
Bütün tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir”.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur”-məlumatda deyilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və yüksək keyfiyyətlə icra olunur:
"Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub".
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı


























