Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib.
O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub:
“Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuşdur. Gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülmüş, həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmamışdır. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılmış, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılmışdır.
Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunmuşdur. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılmışdır.
Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmamışdır. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir”.
(modern.az)
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












