Kəmaləddin Heydərov mühüm əmrlər İMZALADI: FHN-də nə dəyişdi?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, 2 idarə ləğv edilib, 1 yeni idarə yaradılıb.
Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəyə, Elçin İbrahimovun rəhbərlik etdiyi idarə isə Rəqəmsal inkişaf və innovasiya şöbəsinə çevrilib.
Bundan başqa, Səbuhi Ağayevin rəhbərlik etdiyi idarə İctimaiyyətlə əlaqələr şöbəsi, Vüsal Qaragözovun rəhbərlik etdiyi idarə Maliyyə-iqtisadiyyat şöbəsi, Qəşəm Məmmədovun rəhbərlik etdiyi idarə Nəzarət-təftiş şöbəsi, Rəşadət Cəbrayılovun rəhbərlik etdiyi idarə isə Hüquq şöbəsi olub.
Bu dəyişikliklərdən sonra sözügedən şəxslər idarə rəisi statusunu itirib və müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.
Eyni zamanda, Zahid Aşurovun rəhbərlik etdiyi FHN Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin ləğv edilməsi barədə məlumat yaymışdıq. Ləğv edilən strukturun yerində Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












