Kəmaləddin Heydərovla bağlı MARAQLI məlumat yayıldı - Sən demə...

"Səndən nigaranam", "Xatirədir", "Nə yaxşı, sən varsan"... Bu mahnıları yəqin ki, siz də eşitmisiniz. Bəs onların musiqisinin müəllifinin Kəmaləddin Heydərov olduğunu bilirdiniz?
Avtosfer.az xəbər verir ki,Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov musiqi yaradıcılığı ilə də məşğuldur. O, bəstələrini "Kamal" təxəllüsü ilə təqdim edir və illərdir Azərbaycan estradasında sevilən bir sıra mahnıların musiqisinin müəllifidir.
Onun bəstələdiyi mahnılar arasında "Səndən nigaranam", "Sən elə bir zirvəsən", "Nə yaxşı, sən varsan", "Xatirədir", "Əlacım", "İlahi", "Sənə güvəndiyim dağlar", "Bağışlaram səni", "Mənim 17 yaşım...", "Sevəcəyəm", "Gecdi daha", "Gəlsən də, gəlməsən də...", "Ayrılığa dözərəm mən" və digər məşhur əsərlər yer alır.
Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.
Maraqlıdır ki, "Kamal"ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir. O bildirib ki, əksər hallarda bəstənin hansı ifaçı tərəfindən səsləndiriləcəyini də Kəmaləddin Heydərov özü müəyyənləşdirir və bu seçim sonradan özünü doğruldur.
2009-cu ildə "Kamal" imzası ilə bəstələnmiş əsərlərdən ibarət "Sənə güvəndiyim dağlar" adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb.
Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir. O, uzun illər mahnılarının müəllifi kimi öz adının deyil, məhz "Kamal" təxəllüsünün göstərilməsini istəyib.\\oxu24.az
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












