Kəmaləddin Heydərovun oğlunun 1 milyondan çox pulunu ələ keçirən şəxs həbs edildi

“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.
Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.
Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












