“Kiberdələduzlara qarşı diqqətli olun!” - Polis tədbirlər keçirdi - FOTO

Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Ağsu rayonunda polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub.
Avtosfer.az xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də təhsil müəssisələrinin kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.
Həmçinin bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. İzah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.
Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












