Kiberdələduzluq hallarına qarşı diqqətli olaq! - Polisdən TƏDBİR - VİDEO

Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da genişləndirilməsi, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silsilə tədbirlər təşkil edilib.
Avtosfer.az xəbər verir ki, xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb. Polis əməkdaşları tərəfindən bir daha diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn yolla rastlaşdıqları və almaq istədikləri məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər.
Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Hər bir vətəndaş veb-saytlardakı zərərverici proqramlarla təchiz edilmiş reklamlara qarşı diqqətli olmalıdır. Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












