Kibertəhlükəsizlik Mərkəzi tam təqaüdlü tədris dalğasının qeydiyyatına başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaxın günlərdə kibertəhlükəsizlik sahəsində yeni tam təqaüdlü tədris dalğası üçün qeydiyyata start verəcək.
Avtosfer.az xəbər verir ki, mərkəz ilk dəfə iştirakçılara unikal fürsət təqdim edir.
Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə təcrübə şansı qazanacaq.
Proqram rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli biliklər qazanmaq və gələcəyin peşəkarları sırasında yer almaq istəyən gənclər üçün nadir imkan yaradır. Təlimlər “Technion” Texnologiya İnstitutunun akademik heyəti tərəfindən aparılacaq və həm nəzəri bilikləri, həm də real mühitdə praktiki məşğələləri əhatə edəcək.
Qeydiyyat yaxın günlərdə başlayır — fürsəti qaçırmayın və rəqəmsal gələcəyin bir parçası olun!
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












