Kiçik qardaşın yerinə böyüyünün həbs edilməsi iddiasına - Məhkəmədən cavab

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Anar Sadıqovla bağlı yayılan məlumatlara münasibət bildirib.
Məhkəmədən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilib ki, Anar Sadıqovun cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarılması barədə yayılmış iddialar həqiqəti əks etdirmir.
Rəsmi məlumatda bildirilib ki, cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O, həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə edib: “Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb, şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanıılb və təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb.
Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib”.
Qeyd edək ki, yayılan informasiyada 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərovun qardaşının yerinə məhkum edildiyi bildirilirdi. Belə ki, iddialara əsasən, istintaq cinayətin onun tərəfindən deyil, kiçik qardaşı, 30 yaşlı Allahverən Musa oğlu İsgəndərov tərəfindən törədildiyi barədə qənaətə gəlib. Amma buna baxmayaraq, hakim Anar Sadıqovun sədrlik etdiyi hakimlər heyəti böyük qardaşı həbs cəzasına məhkum edib. Məlumatda bildirilirdi ki, qardaşların bacısının müdaxiləsindən sonra ölkəni tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılıb və dərhal nəzarətə götürülüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə ötən ay xitam verilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












