Klinika sahibinin qətl törədən oğlu - Bəzi günlərini azadlıqda keçirəcək

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 6 il əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilən Həsən Rahimli məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Yerli məhkəmə qərar qəbul edərək məhkuma təyin edilmiş cəzanın 3/2 hissəsinin çəkilməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmasını nəzərə alıb. Bu əsaslarla, cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilib.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların müəyyən günlərdə müəssisədən kənara çıxmaq hüquqları var. Şərtlərə əməl edildiyi halda isə məhkum faktiki olaraq vaxtının böyük hissəsini müəssisədən kənarda keçirə bilir.
Qeyd edək ki, Həsən Rahimli 2020-ci ildə özünün müdir müavini olduğu atasına məxsus klinikada cinayət törədib. O, klinikanın 58 yaşlı gözətçisi Muraz Əliyevi döyərək öldürüb. Hadisədən sonra cinayəti ört-basdır etmək məqsədilə ölümün infarkt nəticəsində baş verdiyi bildirilib. Lakin polis və prokurorluğun birgə araşdırması nəticəsində cinayətin üstü açılıb.
Yekun qərarla H.Rəhimli 9 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun 3 il çəkilməmiş cəzası qalıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












