Köç karvanı Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə çatdı - YENİLƏNİB

Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülən ailələr kəndə çatıblar, evlərin açarları təqdim olunub.
Avtosfer.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.










***13:26
Növbəti köç karvanı Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayılın Horovlu kəndinə isə 19 ailə - 70 sakin köçürülüb.
***09:23
Bakıdan Xocavənd rayonunun Sos və Cəbrayılın Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovluya isə 19 ailə - 70 sakin köçürülür.
Qeyd edək ki, Sos və Horovluya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, dekabrın 24-də Bakıdan Xocavənd rayonunun Sos və Cəbrayılın Horovlu kəndlərinə növbəti köç karvanı yola salınır.
Sos və Horovluya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovlu kəndinə isə 19 ailə - 70 sakin köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












