Köç karvanları Ağdərə və Xocalıya çatdı - YENİLƏNİB

Köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailəyə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailəyə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailəyə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət bir ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***14:00
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldıran kəndinə 2 ailə (5 nəfər), Aşağı Oratağ kəndinə 9 ailə (56 nəfər), Heyvalı kəndinə 3 ailə (13 nəfər), Çapar kəndinə 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailə (4 nəfər) köçürülür.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












