Köçəryanla bağlı qərar verildi

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı şərəf və ləyaqətin müdafiəsi, eləcə də təzminat tələbi ilə qaldırdığı iddianı tamamilə təmin etməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə "AM Hüquq Şirkəti" məlumat yayıb.
Hadisənin təfərrüatlarına əsasən, 2025-ci il iyunun 5-də Ermənistan hökumətinin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan Robert Köçəryanı "rüşvətxor" adlandırmışdı. Paşinyan bildirmişdi ki, Köçəryan barəsindəki rüşvət işi üzrə cinayət təqibinin müddətin keçməsi əsası ilə dayandırılmasını özü xahiş edib və bunu onun günahını etiraf etməsi kimi qiymətləndirmişdi. Bu bəyanatdan sonra Robert Köçəryan məhkəməyə müraciət edərək onun şərəf və ləyaqətini ləkələyən məlumatın təkzib olunmasını və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb etmişdi.
İrəvan şəhərinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsi 2026-cı il iyulun 23-də çıxardığı qərarla iddianı tam şəkildə rədd edib. Qərarda qeyd olunub ki, Paşinyanın işlətdiyi "rüşvətxor" ifadəsi Köçəryanın iştirak etdiyi cinayət işi və onun həmin işdə nümayiş etdirdiyi davranış əsasında formalaşmış faktiki əsası olan qiymətləndirici mülahizədir. Məhkəmə bu nəticəyə gələrkən Ermənistan Kassasiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edib.
Nəticədə məhkəmə hesab edib ki, iddiaçının təqdim etdiyi sübutlar Mülki Məcəllənin müvafiq maddəsi üzrə iddianın təmin olunması üçün kifayət etmir./nocomment.az
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












