Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Zvartnots" hava limanında lentə alınan gizli görüntülərinin mediaya sızdırılması ölkə gündəmini zəbt edib. Görüntülərin qeyri-qanuni yollarla əldə edilərək ictimailəşdirilməsi ciddi hüquqi mübahisələr doğurub.
Avtosfer.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi baş vermiş hadisə ilə bağlı hələlik konkret hüquqi qiymət verməyib. Qurum bəyan edib ki, ilk növbədə videonun mənbəyinin rəsmi videomüşahidə sistemi olub-olmadığı, habelə həmin məlumatlara kimin və hansı əsaslarla çıxış əldə etdiyi dəqiqləşdirilməlidir.
Agentliyin açıqlamasına görə, bu araşdırmanın aparılması üçün müvafiq dövlət qurumları, o cümlədən Korrupsiyanın Qarşısının Alınması Komissiyası tərəfindən daxili xidməti yoxlamalara başlanması zəruridir. Qurum vurğulayıb ki, dövlət qulluqçuları və ya yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri barəsində intizam icraatı aparmaq onların birbaşa səlahiyyətlərinə daxil deyil.
Bununla yanaşı, agentlik qeyd edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya digər qanun pozuntularına dair əsaslı şübhələr olduqda, maraqlı tərəflərin və vətəndaşların birbaşa hüquq-mühafizə orqanlarına cinayət tərkibli ərizə ilə müraciət etmək hüququ qüvvədə qalır. Hazırda cəmiyyətdə bu görüntülərin kim tərəfindən və hansı məqsədlə sızdırıldığı geniş müzakirə olunur.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












