Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış

“Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir”.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.
Onun iddiasına görə, kollecin hazırkı rəhbərliyi sözügedən avadanlıqları götürmək istəmir: “Kolleci su basanda keçmiş rəhbərlik anbar sahibindən xahiş edib ki, müvəqqəti həmin avadanlığı anbarda yerləşdirsin. Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Kollecin keçmiş rəhbərliyinin Elm və Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə, müraciət edək bizə bağışlasın? Əlbəttə, əgər BDU, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, bir maraqlansınlar görək dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?..”
Ə.Həsənov saytımıza açıqlamasında bildirib ki, köhnə rəhbərlik işdən gedəndən sonra təzə gələn rəhbərliyə dəfələrlə bununla bağlı məlumat verilib: “Bu nə üzərinə həbs qoyulan, nə də müsadirə olunan əmlakdır. Əmlak kollecindir və oradan götürülməlidir. Dəfələrlə onların götürülməsi ilə bağlı indiki rəhbərliyə məlumat verilsə də, götürülmür”.
İddialara aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə ünvanladığımız sorğuya belə cavab aldıq: “Sözügedən məsələyə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırma nəticəsində hüquqi qiymət veriləcək. İstintaq yekunlaşandan sonra qeyd olunan məsələyə dair məlumat verilə bilər”.
Baş Prokurorluqdan isə sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
İbtidai istintaqın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












