Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva daha bir iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a "Medleks" Vəkil bürosunun vəkili Əli Kərimli məlumat verib.
Vəkilin sözlərinə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Vəkil bildirib ki, Könül Həmzəyeva nümayəndəsi olduğu şəxs Masiyev Röyal Ələddin oğlu barəsində kütləvi informasiya vasitəsində həqiqəti əks etdirməyən məlumat yazdığına görə, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Eyni zamanda, saytımız tərəfindən əldə edilən məlumata görə, Könül Həmzəyeva başqa cinayət işi üzrə bir sıra vətəndaş şikayəti əsasında Xəzər RPİ-də külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanılıb və hazırda bu barədə istintaq davam edir.
Bundan başqa, Könül Həmzəyeva ilə bağlı tanınmış influenserlər də şikayətçidirlər. Belə ki, Könül Həmzəyeva tanınmış - Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












