"Koroğlu” metrosu istiqamətində hərəkət bərpa edildi - YENİLƏNİB

Suraxanı rayonu, Aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
***00:02
Hazırda Suraxanı rayonu, Aeroport şosesində ( “Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












