Korrupsiya ilə bağlı tutulmuş sabiq vəzifəli şəxsdən xəbər var

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin nümayəndəsi iştirakı etməyib. Hakim sənədlərin tədqiqi mərhələsinin başa çatdığını bildirərək məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Növbəti proses noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.
Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıblar.
Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












