Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var

Avtomobil almaq üçün vəsait əldə etməyin ən geniş yayılmış yollarından biri bank kreditlərindən istifadədir. Hazırda bəzi banklar avtomobil almaq istəyən müştərilər üçün xüsusi kredit məhsulları təklif edirlər.
Avtomobil krediti götürərkən vətəndaşlar nələrə diqqət etməlidirlər? Kreditlə avtomobil almaq, yoxsa vəsaiti əvvəlcədən toplayıb avtomobil almaq daha sərfəlidir?
Avtosfer.az xəbər verir ki, bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında söyləyib ki, avtokredit avtomobil almaq istəyənlər üçün real imkanlardan biridir və kifayət qədər geniş yayılmış kredit növüdür:
![]()
"Lakin şəxs avtokreditə müraciət edərkən bir neçə məqama diqqət yetirməlidir. Xüsusilə də krediti ödəyə biləcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Çünki şəxs iki, üç və ya beş il kimi uzun müddətə kredit götürərsə və müəyyən müddətdən sonra gəlirində çətinlik yaranarsa, yaxud avtomobili yeniləmək və ya başqa avtomobil almaq istəsə, müəyyən problemlərlə qarşılaşa bilər. Belə ki, kreditlə alınmış avtomobil satılarkən kredit və avtomobil əvvəlki sahibinin adında qalır. Yalnız etibarnamə əsasında başqa şəxsə avtomobili idarə etmək hüququ verilir. Yeni istifadəçi krediti ödəməzsə və ya ödənişlərdə gecikmələrə yol verərsə, kredit əvvəlki sahibin adına olduğuna görə onun kredit tarixçəsi korlanır. Bütün gecikmələr və bununla bağlı yaranan problemlər əvvəlki sahibin kredit tarixçəsinə təsir göstərir. Buna görə də bu məqama mütləq diqqət yetirilməlidir".
Ekspert bildirib ki, digər tərəfdən, ödənişlər vaxtında həyata keçirilərsə, avtokredit avtomobil əldə etməyin ən rahat yollarından biridir:
"Bundan başqa, lizinq və avtolizinq imkanları da mövcuddur. Burada mülkiyyət hüququnun forması bir qədər fərqlənir. Lizinq müqaviləsi şirkətin adından bağlanır və avtomobilin mülkiyyət hüququ da həmin şirkətə məxsus olur. Lizinqə götürən şəxsə isə avtomobildən istifadə etmək hüququ verilir. Şəxs müəyyən müddət ödəniş etdikdən sonra avtomobili geri qaytarmaq istəsə, mülkiyyət hüququ onun adına olmadığına görə bu prosesi həyata keçirmək daha rahat ola bilər. Lizinq şirkəti isə avtomobili yeni müqavilə əsasında başqa şəxsə verə bilər. Avtokreditdə isə avtomobil kredit götürən şəxsin adına rəsmiləşdirildiyindən kredit ödənişlərində yaranan gecikmələr birbaşa onun kredit tarixçəsinə təsir göstərir".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












