“Kristal”dan rəsmi - Açıqlama

“Kristal” Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Şirkətdən Avtosfer.az-a bildirilib ki, sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılıb və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34.500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınıb:
“Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilib və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilib. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilib, rəsmi qaydada bildiriş təqdim edilib.
Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilib. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilib. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı. Söküntü tam qanuni əsaslarla həyata keçirilmişdir. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












