Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? – FOTOLAR

Dələduzluq ittihamı ilə həbs edilən Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də “BMW 750LI” markalı avtomobildir.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir. Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir.
Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir.

Sahib İbrahimov
Qeyd edək ki, S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. Hacı İbrahim Nehrəmlinin də qardaşı olan Sahib İbrahimov “STS”, “UNİX” və “Sahil-D Kompani” şirkətlərinin rəhbəridir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













