Kürdəmirdə bu avtomobil yolları yenidən qurulur - FOTO - VİDEO

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, kənd təsərrüfatının inkişafını dəstəkləmək məqsədilə respublika üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Kürdəmir rayonunda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral yolunu Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinə start verilib.
Avtosfer.az xəbər verir ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və 12 mindən artıq əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir.
Uzunluğu 18 kilometr olan, çınqıl örtüklü mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına zərurət yaranmışdı. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır, bu da 6 metr hərəkət hissəsi və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Hazırda layihənin 4 km-lik Muğanlı hissəsində "İnşaat Norma və Qaydaları”na uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir.
Eyni zamanda, yol boyunca suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin yekun mərhələsində hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanları, siqnal dirəkləri, kilometr göstəriciləri və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin, piyada keçidlərinin çəkilməsi işləri həyata keçiriləcək.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO























