Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda - FOTOLAR - YENİLƏNİB

Laos Prezidenti Thonqlun Sisulit bu gün Bakıda Zəfər parkını ziyarət edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .
Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
***
Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit bu gün Fəxri xiyabanı ziyarət edib.
Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.
Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.












Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












