Laza kəndinin yolu lil və palçıqdan təmizləndi - VİDEO

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.
Avtosfer.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.
Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axını nəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda Agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir zamanda bərpa olunur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












