Ləman Ələşrəfqızının pulu geri qaytarıldı - Dələduz saxlanıldı

Kiberdələduzluğun qurbanı olan tanınmış jurnalist Ləman Ələşrəfqızının pulu kartına geri qaytarılıb.
Avtosfer.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, 2 İyul - Polis Günündə Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarı saxlayıb.
“DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq.
Hələliksə, cənab nazir Vilayət Eyvazova, Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. 2 iyul - Polis Günündə belə Azərbaycan polisi işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin”, - jurnalist əlavə edib.
Qeyd edək ki, iyulun 1-də kibercinayətkar “Telegram” üzərindən Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək Ləman Ələşrəfqızından 600 manat məbləğində pulun kartına köçürməsinə nail olub. Jurnalist pulu köçürdükdən sonra aldandığını başa düşüb və aidiyyəti üzrə müraciət edib./qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












