Lənkəran və Astarada polis nəzarəti gücləndirildi - FOTO - VİDEO

Lənkəran və Astarada turizm zonalarında polis nəzarəti gücləndirilib.
Yay turizm mövsümünün qızğın vaxtı ilə əlaqədar Lənkəran və Astaranın çimərlik və istirahət zonalarında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, vətəndaşların sərbəst və təhlükəsiz şəkildə istirahət etmələrini təmin etmək məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
İstirahət zonalarında ətraf mühitin çirkləndirilməməsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.
Bundan əlavə, çimərliklərdə və insanların sıx toplaşdığı digər ərazilərdə müxtəlif növ nəqliyyat vasitələrinin idarə edilməsinin yolverilməz olduğu və bu cür halların təhlükəli nəticələrə səbəb ola biləcəyi vətəndaşların diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO















