Lənkəranda illərdir təmir olunmayan yol - VİDEO

İllərdir təmir olunmayan yolun asfalt örtüyü tamamilə sıradan çıxıb,iri çalalar yaranıb. Bu isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətinə ciddi çətinlik yaradır.
Avtosfer.az xəbər verir ki, Lənkəranın Haftoni qəsəbəsinə daxil olan Ləj kəndində, eləcə də Aşağı Nüvədi inzibati ərazisinə daxil olan Viyən kəndində avtomobil yolları uzun müddətdir əsaslı təmir olunmur. Mövcud vəziyyət marşrut avtobuslarının hərəkətində də ləngimələrə səbəb olur.
Ləc kəndinə İpək yolundan giriş hissəsi 1970-1980-ci illərdən asfalt örtüyü ilə təmin olunub. Həmin vaxtdan etibarən yolda əsaslı təmir işləri aparılmayıb.İpək yolundan körpüyədək olan hissə təmir olunsa da, yolun davamı yararsız vəziyyətdə qalıb və ildən-ilə daha da dağılıb. Qış aylarında isə yolun ayrı-ayrı hissələri su altında qalır.
Haftoni Bələdiyyəsindən bildirildi ki, yolun 2027 - ci ildə təmir olunmsı nəzərdə tutulub.
Analoji hal rayonunun Viyən kəndində yaşanır. Bu kəndə də yol problemi uzun müddətdir həll olunmur. Aşağı Nüvədi kənd Bələdiyyəsindən bildirildi ki, Viyən kəndi də Aşağı Nüvədi kəndinin tərkibindədir. Bu ilə qədər bütün kənd yolları təmir olunub və yararlıdır. Lakin, 1 km yarım torpaq sahəsi isə Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğundan yolun təmiri edilməyib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












