Lənkəranda təbiətə ziyan vuranlar cəzalandırıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi, ekoloji sabitliyin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Xəzər dənizinin sahilboyu ərazilərində yerləşən, həmçinin digər istirahət və iaşə obyektlərdə məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb. Aşkarlanan neqativ hallarla bağlı 62 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bundan əlavə, keçirilən tədbirlərlə aşkarlanmış 5 qanunsuz ağackəsmə faktı ilə bağlı toplanmış materiallar təbiətə dəymiş ziyanın miqdarının müəyyən edilməsi və müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













