Lerikdə əməliyyat: 20 kq narkotik aşkarlandı - FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı
Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Şıxəliyev, N.Xəlilov, V.Qasımlı, R.Ağazadə və E. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir













