Leyla və Arzu Əliyevalar Qaxda açılışda - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, açılış mərasimi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Əyriçaya 20 min balığın buraxılmasında iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli müvafiq Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.



















Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












