Leytenant rütbəsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK: Kimlərin xidmət müddəti azaldılacaq?

Hərbi xidmətdə kadr potensialının gücləndirilməsi və peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunur. Hazırda qüvvədə olan qaydalara əsasən, hərbi qulluqçuların leytenant rütbəsində xidmət müddəti ümumi qaydada üç il, aviasiya və sualtı gəmilərdə isə iki il müəyyən edilib. Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılan yeni dəyişiklik layihəsi isə bu müddətlərin müəyyən kateqoriyalar üzrə azaldılmasını nəzərdə tutur. Xüsusilə magistratura və doktorantura təhsilini başa vurmuş zabitlər, həmçinin xüsusi xidmət sahələri olan aviasiya və sualtı gəmilərdə xidmət edən hərbçilər üçün güzəştli şərtlərin tətbiqi planlaşdırılır. Bu yanaşma ordunun intellektual potensialının artırılmasına, eləcə də hərbi təhsilin karyera ilə daha sıx əlaqələndirilməsinə xidmət edə bilər. Mövzunun peşəkar kadrların motivasiyasına və karyera inkişafına təsirlərini aydınlaşdırmaq üçün hərbi ekspertə müraciət etdik.
Mövzu ilə əlaqədar Oxu24.com-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirib ki, leytenant rütbəsində xidmət müddətinin magistratura və doktorantura təhsili başa vurmuş zabitlər üçün azaldılması, eləcə də aviasiya və sualtı gəmilərdə xidmət edən hərbçilər üçün 1 il müəyyənləşdirilməsi orduda peşəkar kadrların motivasiyasına və karyera inkişafına mühüm müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, magistratura və doktorantura təhsili zabitə yalnız akademik dərəcə qazandırmır, həm də əldə olunan elmi biliklər, analitik düşüncə və mürəkkəb məsələləri sistemli təhlil etmək bacarığı müasir hərbi idarəetmə üçün böyük əhəmiyyət daşıyır:
“Zabit öz üzərində işləməyin, əlavə təhsil almağın və elmi fəaliyyət göstərməyin karyerasında nəzərə alındığını gördükdə, təhsilə və ixtisaslaşmaya maraq əhəmiyyətli dərəcədə artır.
Aviasiya və sualtı gəmilər kimi yüksək hazırlıq, xüsusi bilik və bacarıqlar tələb edən sahələrdə karyera inkişafının çevik mexanizmlərlə tənzimlənməsi ixtisaslaşmış kadrların ordu sıralarında saxlanılmasında həlledici rol oynayır”.
Anar Şuşalı vurğulayıb ki, bu prosesdə əsas məqam rütbənin avtomatik olaraq tez verilməsi deyil, xidmət göstəriciləri, hazırlıq səviyyəsi, intizam, tutduğu vəzifənin tələblərinə uyğunluq və rəhbərlik keyfiyyətləri ilə uzlaşdırılmasıdır.
Ekspert qeyd edib ki, bu cür mexanizm düzgün tətbiq edildiyi təqdirdə zabitlər üçün daha aydın və motivasiyaedici karyera xətti formalaşacaq, ordumuz isə yüksək təhsilli və xüsusi ixtisaslaşmış kadrlarla daha da güclənəcəkdir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












