Liviya heyətini daşıyan təyyarənin qara qutusu zədələndi

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su və səsyazan cihazı zədələnib.
Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir bildirib ki, "qara qutu"nun araşdırılıması prosesi İngiltərədə icra olunacaq.
Qeyd edək ki, ötən ilin dekabrın 23-də Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "9H-DFJ" nömrəli "Falcon 50" təyyarəsi Haymana yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad, Liviya Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, Liviya Hərbi zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteviy, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əssavi və fotoqraf Məhəmməd Ömər Əhməd Məhcub həlak olub.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












