Londonda etirazlar metronu iflic etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində fəaliyyət göstərən metropolitendə beşgünlük tətil başlayıb.
Avtosfer.az xəbər verir ki, Dəmiryolu, Dənizçilik və Nəqliyyat İttifaqının üzvləri əməkhaqqı və yorğunluğun idarəolunması ilə bağlı tələblərini irəli sürərək, işdən imtina ediblər. Onlar həftəlik iş vaxtının 35 saatdan 32 saata endirilməsini də istəyiblər.
“Transport for London” qurumu əməkhaqların 3,4 faiz artırılmasını təklif etsə də, iş saatlarının azaldılmasının praktik və maliyyə baxımından mümkün olmadığını bildirib.
Beləliklə, London metrostansiyasında bu gün sərnişinlərə məhdud çərçivədə xidmət göstərilir. 8-11 sentyabr tarixlərində çox az xidmət olacaq və ya ümumiyyətlə xidmət göstərilməyəcək. Sentyabrın 12-də isə metro saat 8:00-da açılacaq.
Qeyd edək ki, London metropoliteninin işçiləri sonuncu dəfə 2023-cü ilin mart ayında tətil ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












