“Lufthansa” aviaşirkətinin kabin heyəti birgünlük tətil edəcək

“Lufthansa” aviaşirkətinin kabin heyəti aprelin 10-da birgünlük tətil edəcək. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, uçuş bələdçilərinin həmkarlar ittifaqı “Lufthansa”nın əsas şirkətinin və regional törəmə şirkəti olan “Lufthansa CityLine”nin işçilərini birgünlük tətilə çağırıb. Tətil aprelin 10-da saat 00:01-dən 22:00-dək Frankfurt və Münxen aeroportlarındakı bütün “Lufthansa” uçuşlarına təsir edəcək. “CityLine”nin kabin heyəti Frankfurt və Münxenlə yanaşı, Hamburq, Bremen, Ştutqart, Köln, Düsseldorf, Berlin və Hannoverdə də işi dayandıracaq. Tətil barədə həmkarlar təşkilatı ilə şirkət rəhbərliyi arasında danışıqların uğursuzluqla nəticələnməsindən sonra qərar verilib. Qeyd edək ki, təxminən 19 min təyyarə bələdçisinin əmək şəraitinin yaxşılaşdırılması tələb olunur. İşçilər, xüsusilə iş qrafikinin optimallaşdırılmasını və işdən çıxarılma müddətlərinin uzadılmasını tələb edirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












