“Lukoyl”un xarici aktivlərini almaqdan imtina etdi

Beynəlxalq enerji treyderi “Gunvor Group” Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərinin alınması ilə bağlı təklifini geri götürüb.
Avtosfer.az “RBC”ya istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Maliyyə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi başa çatanadək şirkətə lisenziya verməyəcəyi barədə bəyanatından sonra qəbul edilib.
“Gunvor Group”un bu qərarı “Lukoyl”un səhmlərinin 4 %-dən çox ucuzlaşması ilə nəticələnib.
Qeyd edək ki, daha əvvəl azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu şirkət və “Gunvor Group”un “Lukoyl”un törəmə şirkəti “Lukoil International GmbH”in tam satışı barədə razılığa gəldiyi barədə xəbər yayılmışdı.
Onu da xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.
Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












