Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
DİM-dən Avtosfer.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat 30 dəqiqə davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 50 zal nəzarətçisi və buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
Xatırladaq ki, iştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biləcəklər. Bundan əlavə, imtahan başa çatandan sonra müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək və DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










