Makronun evi traktorlarla əhatəyə alındı

Fransalı fermerlər Prezident Emmanuel Makron və həyat yoldaşı Bricitin şəxsi evinin qarşısında etiraz aksiyası keçiriblər.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "BFMTV" nəşri məlumat verib.
Məlumata görə, fermerlər Avropa İttifaqı və MERKOSUR (Argentina, Braziliya, Paraqvay, Uruqvay, Boliviya, Venesuela) ölkələri arasında azad ticarət müqaviləsi planlarına qarşı sərt etirazlarını ifadə edirlər.
Etiraz aksiyası prezidentin Tukedəki iqamətgahının qarşısında təşkil edilib. Hadisə yerinə çox sayda traktor və digər kənd təsərrüfatı texnikaları gətirilib.
Telekanalın məlumatına görə, FNSEA həmkarlar ittifaqından olan fermerlər sadəcə müqavilənin imzalanmasını təxirə salmağın kifayət olmadığını hesab edirlər. Onlar həmçinin bildirirlər ki, E.Makron Fransanın bu məsələyə dair mövqeyi ilə bağlı dəqiq cavab vermir.
Qeyd edək ki, MERKOSUR - Braziliya, Argentina və digər ölkələr də daxil olmaqla, Cənubi Amerika ölkələrinin böyük ortaq bazarıdır. Birlik 1991-ci ildə yaradılıb və qitədə əsas iqtisadi rol oynayır.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












