Malayziya on bir il əvvəl itmiş təyyarənin axtarışlarını bərpa edir

"Malaysia Airlines" şirkətinin 11 il əvvəl itkin düşmüş təyyarəsinin suyun dərinliklərindəki axtarışları dekabrın 30-da bərpa olunacaq.
Avtosfer.az xəbər verir ki, məlumatı "New Straits Times" nəşri Malayziyanın Nəqliyyat Nazirliyinə istinadən yayıb.
Bildirilir ki, axtarışları ABŞ-nin "Ocean Infinity" şirkəti fasilələrlə 55 gün müddətində həyata keçirəcək. Axtarışlar avialaynerin tapılacağı ehtimal olunan bölgədə aparılacaq.
Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə МН370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçmalı olan təyyarə havaya qalxdıqdan iki saat sonra radarlardan itib. Göyərtədə 227 sərnişin və 12 ekipaj üzvü olub.
2015-ci ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtəsindəkilərin həlak olduğunu bildirsə də, indiyədək avialaynerin heç bir izi tapılmayıb.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












