Manatın məzənnəsi DƏYİŞİR? - Mərkəzi Bankın sədri

Manatın məzənnəsini qorumaq üçün 1,5 milyard dollarlıq müdaxilə edilib.
Avtosfer.az xəbər verir ki, AzTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, son 18 ay ərzində valyuta bazarında təklif tələbi üstələyib.
Onun sözlərinə görə, bu ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta əməliyyatlarının həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb:
"2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın valyuta satışları 757 milyon ABŞ dolları olub. Müqayisə üçün qeyd edim ki, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard dollar, 2024-cü ildə isə 3,5 milyard dollar idi".
T.Kazımov qeyd edib ki, valyuta bazarında formalaşan vəziyyət fonunda Mərkəzi Bank bu il 1,5 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib:
"Azərbaycan manatının möhkəmlənməsinin qarşısını almaq üçün biz müdaxilə etdik ki, məzənnə 1,7 səviyyəsində qalsın. Valyuta bazarında təklif tələbi üstələyir".
Mərkəzi Bank sədri əlavə edib ki, son illərdə əhalinin milli valyutaya etimadı da güclənib.
Onun sözlərinə görə, 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 faizi xarici valyutada olduğu halda, hazırda bu göstərici 25 faizə enib. Eyni zamanda, son dörd ildə manatla yerləşdirilən əmanətlərin həcmi iki dəfədən çox artaraq 12,5 milyard manata çatıb.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank sabit məzənnə siyasətini davam etdirəcək və hazırkı makroiqtisadi göstəricilər bu siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












