“Manatlıq” taksilər yığışdırıldı; sərnişindaşıma qaydaları necə tənzimlənməlidir? - AÇIQLAMA

“20 Yanvar” metrosu ətrafında “manatlıq” taksi kimi fəaliyyət göstərən avtomobillərin işinin dayandırılması həmin istiqamətlərdə yaşayan vətəndaşların nəqliyyat imkanları ilə bağlı suallar yaradıb. Xüsusilə Xırdalan, Masazır, Saray və Sumqayıt istiqamətində sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışı məsələsi aktuallaşıb.
Avtosfer.az xəbər verir ki, qanunsuz sərnişindaşımanın qarşısının alınması ilə yanaşı, sərnişin tələbatının necə qarşılanacağı da diqqət mərkəzindədir. Bu istiqamətlərdə münasib qiymət və qısa intervalla daşınmanın təmin edilməsi üçün hansı alternativlərin tətbiq oluna biləcəyi müzakirə olunur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, minik taksilərin fəaliyyəti qanuni, təhlükəsiz və keyfiyyətli formada təşkil edilməlidir:
''Bu sahədə çalışan və gəlir əldə edən şəxslər bilməlidirlər ki, Azərbaycanda sərnişindaşıma müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Bunun üçün müəyyən icazə sənədlərinin olması, nəqliyyat vasitəsinin müvafiq qaydada sertifikatlaşdırılması və fəaliyyət üçün lazımi icazələrin alınması vacibdir. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olan sürücünün də bunun üçün müvafiq icazəsi olmalıdır. Yəni həm nəqliyyat vasitəsi, həm də sürücü müəyyən olunmuş tələblərə cavab verməlidir. Hazırda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazə sənədlərini alır və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qururlar. Bu baxımdan əsas məqsəd sərnişindaşıma sahəsində çalışan şəxslərin fəaliyyətini leqallaşdırmaq, sərnişinlərin təhlükəsizliyini təmin etmək və xidmətin keyfiyyətini yüksəltməkdir. Sərnişindaşıma sahəsində qaydaların tətbiqi həm sürücülərin, həm sərnişinlərin, həm də ümumilikdə nəqliyyat sisteminin maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Qanuni fəaliyyət göstərən taksi xidmətlərinin sayının və imkanlarının artırılması isə qeyri-qanuni sərnişindaşımanın qarşısının alınmasına da kömək edə bilər''.
Fatimə
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












