Mantiyasını avtomobilin üzərinə sərən hakimin səlahiyyətlərinə xitam verildi

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.
Avtosfer.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub.
Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.
Hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub.
Bildirilir ki, İlqar Məmmədovun ifşasına səbəb olan bu olayın videogörüntüləri məhz Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ötürülüb və bundan sonra onun hakim kimi səlahiyyətlərinə xitam verilib.
Məhkəmə-Hüquq Şurasından İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilməsi barədə məlumatı təsdiqləyiblər.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












