Marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb - FOTO

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E. Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Dövlət Şirməmməd oğlu Bağırova məxsus marketdə yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları (unlu və şəkərli qənnadı məmulatları, tum, alkoqolsuz içki) aşkarlanıb.
Faktla bağlı istehlaka yararsız məhsulların qadağan olunması, dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu















