Marşrutda biabırçılıq: 525 nömrəli avtobusda vəziyyət dözülməzdir - VİDEO

Bakının mərkəzi hissələrində və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.
Avtosfer.az xəbər verir ki, 525 saylı xətdəki acınacaqlı vəziyyətlə bağlı növbəti görüntülər Baku.ws-in “qaynar xətti”nə göndərilib.
İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.
Masazır sakinləri bildirir ki, avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












