Masallıda maskalı şəxs evə basqın etdi - FOTO

Masallı rayonunda yerləşən evlərdən birində quldurluq hadisəsi qeydə alınıb. Yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.
Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












