Masallıda narkotiki evakuatorla daşımaq istədilər

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər.
Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












