Masazırda bu yol təmir olunur - FOTO - VİDEO

Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyac olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.
İki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılır.
Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunur.
Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO




























