Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilirlər - VİDEO - YENİLƏNİB

Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsi istisna olmaqla, rayonun bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən sakinlər tərəfindən kustar üsullarla, norma və tələblərə cavab verməyən kanalizasiya xətləri çəkilib:
"Aramsız yağan son yağışlardan sonra mövcud olan kanalizasiya kollektorlarının və nasosların fasiləsiz işləməsinə baxmayaraq yağış sularının tam axıdılması çətinləşmiş və nəticədə bir neçə küçədə su kütləsinin yığılması müşahidə edilib.
Bununla əlaqədar olaraq bildiririk ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və aidiyyəti təşkilatların nümayəndələri tərəfindən koordinasiyalı şəkildə müşahidə edilən su kütlələrinin müxtəlif vasitələrlə axıdılması istiqamətində tədbirlər həyata keçirilir".
***
Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
***
Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri küçələrindəki bərbad vəziyyətdən şikayətçidirlər.
Bununla bağlı şikayət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, ötən gün yağışdan sonra Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində fərdi yaşayış evlərinin həyətlərinə su dolub:
"Kanalizasiya suyu çəkmir. Yağış suları ətrafı basıb. Evlərə su dolub. Hazırda işə getməyə tələsənlər var, su o qədər çoxdur ki, çıxıb gedə bilmirik".
Sakinlərin iddiasına görə, ərazidə yaşayan bir ailəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidən təxliyə ediblər.
Sözügedən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.
Ərazidən foto və videoları təqdim edirik:
(oxu.az)
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR










