Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO

Sürücülərin sözlərinə görə, “8-ci kilometr maşın bazarı”na daxil olarkən adətən 50 qəpik ödəniş edirlər. Lakin əraziyə tez-tez gəlib-getdikdə ödəniş məbləği artır. Hətta bəzi hallarda 5, 6, 10 manatlıq ödəniş tələb olunur.
Sürücülər hesab edirlər ki, bu yanaşma məntiqsizdir. Çünki bir məhsulu daha çox aldıqda və ya hər hansı xidmətə daha çox müraciət etdikdə adətən endirim tətbiq olunur. “8-ci kilometr maşın bazarı”nda isə bunun əksi baş verir: əraziyə nə qədər çox gəlib-gedirsənsə, bir o qədər çox ödəniş etməlisən.
Sürücülər bu qaydadan narazıdır və şikayətlərini bildirirlər. Onların sözlərinə görə, ödəniş etmədən bazarın ərazisindən çıxmaq da mümkün deyil. İlkin olaraq 50 qəpik olan məbləğ sonradan artaraq hətta 10 manata qədər yüksələ bilir.
Sürücülər səbəbini soruşduqda isə cavab ala bilmədiklərini deyirlər. Bildirilir ki, bəzi hallarda bazarın çıxışındakı əməkdaş qapını və pəncərəni bağlayaraq sürücülərlə danışmır.
Məsələ ilə bağlı bazarın nümayəndəsi Xəyal Babayev bildirib ki, sahibkarlar üçün ayrıca 5 manatlıq tarif müəyyənləşdirilib:
“Biz bu tarifləri ona görə qoymuşuq ki, tez-tez bazara girib-çıxan şəxslər artıq sahibkar kimi hesablanır. Hər gələnin sahibkar olub-olmadığını müəyyən edə bilmərik. Rəhbərlik özü bu qaydada tənzimləyib və belə tarif müəyyənləşdirib ki, maşınların giriş-çıxışı az olsun”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












