Məhəmməd Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.
Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.
Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf edən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Qardaşlığımız regional sülhə dair ortaq baxışı, qarşılıqlı hörməti və tərəfdaşlığımızın münasibətlərin dərinliyinə uyğun şəkildə inkişafı ilə bağlı istəyimizi əks etdirir.
Əminəm ki, Zati-alinizin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan daha böyük uğurlara və daha yüksək rifaha nail olacaq.
Sizi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Çox yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Fürsətdən istifadə edərək Zati-alinizi Pakistana rəsmi səfərə dəvətimi bir daha təkrarlayıram. Sizi ölkəmizdə çox səmimi qarşılamaqdan məmnun olardıq.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











