Məhkəmə Əli Kərimli barədə qərarı qüvvədə saxladı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, Əli Kərimli 1500 manat məbləğində cərimə edilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












